Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Xəbərlər

Hakan Şükür 2 il 4 aylıq həbs oluna bilər

hakan shukurBu il iyulun 15-də Türkiyədə Fətullahçı Təşkilatın (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu Hakan Şükürə “Twitter” səhifəsində bir adamı təhqir etdiyi üçün cinayət işi açılıb.

Hakan Şükür “Audio, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” etməyə görə günahlandırılıb.

Belə ki, psixoloq sözçüsü İsmayıl Loyan Hakan Şükür tərəfindən “Twitter” səhifəsində təhqir olunduğu üçün verdiyi şikayət əsasında başlayan istintaq tamamlanıb.

Anadolu Cumhuriyyət Baş Prokurorluğunda hazırlanan iddianamədə İ.Loyanın 2015-ci il noyabrın 24-də “Twitter”də Hakan Şükür adlı istifadəçinin Atatürklə əlaqədar yazı paylaşmasını görüb və buna şərh yazıb. Bundan sonra H.Şükür İ.Loyana qarşı təhqiramiz sözlər, onun qürur, şərəf və ləyaqətini təhqir edəcək şəkildə mesaj yazması təqsirli bilinib.

İddianamədə göstərilib ki, H.Şükür bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün “Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.

İddianamə göndərildiyi 33-cü Cəza Məhkəməsində qəbul olunub və H.Şükürün mühakiməsinə qarşıdakı günlərdə başlanılacaq.

Xatırladaq ki, bundan əvvəl, avqustun 16-da Fətullahçı Təşkilatla bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb. Ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib. (Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir