Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ Polşaya əlavə hərbi kontingent yerləşdirib

ABŞ Rusiyanın mümkün təcavüzü səbəbi ilə Polşaya hərbi kontingent yerləşdirib.

Polşanın baş naziri Beta Szidlo və müdafiə naziri Antoni Makireviç Zaqan şəhərində qüvvələrin qarşılanma mərasiminə qatılıb.

“Amerika əsgərlərinin Polşadakı mövcudluğu region və Polşanın sabitliyi və təhlükəsizliyi yolunda atılan daha bir addımdır”- deyə Szidlo əsgərlərə özünüzü evinizdəki kimi hiss edin deməsindən sonra bildirib.

ABŞ-ın ilk hərbi kontingenti Polşaya cümə axşamı günü Almaniyadan keçib. Kremlin sözçüsü Dmitri Peskov bunu Rusiyanın maraqları və təhlükəsizliyinə hədə kimi qiymətləndirib.

Amerika Soyuq Müharibə dövründən bəri ilk dəfə olaraq Polşada hərbi qüvvələrin sayını 3 minə çatdırmağa çalışır.

Polşa il yanaşı Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Macarıstan daxil edilməklə, NATO-ya yaxın ölkələrdə 50-dən çox zirehli maşın, 87 tank rotasiya şəklində yer alacaq.

Qüvvələrin yerləşdirilməsinə 2014-cü ildə Rusiyanın Ukraynadakı təcavüzkarlığından sonra ABŞ prezidenti Brak Obama göstəriş verib.

Gələn bir neçə gün ərzində NATO və ABŞ Polşadakı əsgərlərinin sayını 7 minə çatdırmalıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir