Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Londonda baş vermiş üç hücumdan ikisi terror aktları elan edilib

Britaniya polisi rəsmi şəkildə London körpüsündə və Boro bazarında baş vermiş silahlı insidentləri terror aktları adlandırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Voksholldakı insidentin digər iki hücumla bağlılığının olmadığı bildirilib.
“Saat 00:25-də (yerli vaxtla – “Report”) London körpüsündə və Boro bazarında baş verənlər terror insidentləri elan edilib. Vokshollda insanlara bıçaqla hücum edilməsi London körpüsündə və Bordo bazarında baş verənlərlə əlaqəli deyil” – deyə Skotland-Yard “Twitter”-də xəbər verib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir