Manatın kursunda qeyri-müəyyənlik davam etməkdədir. Ölkədəki banklar bir həftədən çoxdur ki, dollar satışını dayandırıb. Manatın taleyindəki qeyri-müəyyənlik artıq xarici ölkələrdə də özünü biruzə verməyə başlayıb.
Türkiyədə yaşayan həmyerlimiz Hüseyn Qurbanov Moderator.az– a açıqlama verərək bildirib ki, o, bu səhər manatı Türkiyə lirəsinə çevirmək istəsə də İstanbuldakı exchangelər manat qəbul etməkdən imtina ediblər. Exchange əməkdaşları bildiriblər ki, onlar hətta 1 manatı 1 TL-yə belə dəyişməyəcəklər. Hazırda Türkiyədə rəsmi məzənnəyə görə isə 1 manatın 1.8 TL dir.
Qeyd edək ki, cəmi bir il bundan öncə 1 manat 3.5 TL idi. Belə davam edəcəyi halda Azərbaycan manatı dünyada ən sürətlə ucuzlaşan valyuta kimi Ginnesin rekordlar kitabına düşəcək…