Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ölkədə bütün sahələr müxtəlif məmurlar tərəfindən bölüşdürülüb və şəxsi obyekt kimi nəzarətə götürülüb”.

“Ölkədə ciddi islahatlar aparılmalıdır. Çünki bütün sahələrdə silahatlara ehtiyac var” – bu sözləri”Azərbaycan İnsan Hüqüq və Azadlıqları Müdafiəsi Komitəsi“nin sədr müavini İsmayıl Bağırov Aərbaycanın mövcud durumunu şərh edərkən Media-fakt.info-a bildirdi.

6 Onun sözlərinə görə ölkədə islahatlar aparılmadan ciddi dəyişikliyə nail olmaq mümkün deyil: “Hesab edirəm ki, ölkədə siyasi sahədə ciddi islahatlara ehtiyac var. Siyasi inkşafın qarşısını alan amillər aradan qaldırılmalı, sosial ədalət bərpa olunmalı, iqtisadi islahatlara ciddi nəzarət olmalıdır. Bütün sahələrdə monopoliya var. Monopoliya aradan qaldırılmalı, insanlara iqtisadiyyatda sərbəstlik verilməlidir.  Ölkədə bütün sahələr müxtəlif məmurlar tərəfindən bölüşdürülüb və konkret şəxsi obyekt kimi nəzarətə götürülüb. Bunun nəticəsi olaraq  ölkədə iqtisadi böhran yaranıb.

İ.Bağırov rəsmi dövlət idarələrinin şəxslərin istəklərinə uyğun idarə olunduğunu vurğuladı: “Hesab edirəm ki, hər nazir rəhbərlik etdiyi nazirliyi qanunların tələblərinə uyğun deyil, öz xarakterinə uyğun idarə edir. Onları başa salmaq lazımdır ki, sizin rəbərlik etdiyiniz qurum sizə babalarınızdan miras qalmayıb, şəxsi oyektiniz deyil, bu, dövlətin qurumudu, dövlətə və vətəndaşlarına xidmət etməlidir. Belə davam edərsə, ölkə yaxın zamanlarda ciddi təhlukə ilə uzləşəcək”.

İsmayıl bəy qanunsuz həbslərdən də söz açıb: “Ölkədə yüzlərlə günahsız insan həbsə atılıb.  Bütün bu haqsızlıqlar ardan qalxmasa ölkədə qarşılıqlı etimadın yardılması mumkun olmayacaq. Bu da dövlətin bütün sahələrdə inkşafına mane olacaq. Deputata Milli Məclisin tribunasından danışmağa qadağa qoyulursa, qanunpozuntuları qəhrəmanlıq kimi təlqin olunursa, məmur özünü cəmiyyətdə hakimi-mütləq kimi aparırsa  insan hüquqlarının və demokratik dəyərlərin hansı səviyyəyə düşdüyü məlum olur. Deputatların əksəriyyəti bizneslə məşğul olur”.

Ə.Əliyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir