AXCP Naxçıvan Şöbəsinin sədri Zeynal Bağırsoy həbsxanada qardaşı Zeynal Bağırzadəyə qarşı təzyiq olunduğunu bildirir. O, bu barədə özünün feyzbuk səhifəsində qeyd paylaşıb: “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Böyükdüz kənd ərazisində yerləşən Qarışıq Rejimli Həbsxanasında sifarişilə həbs olunan Zeynal Bağırzadəyə qarşı təzyiqlər yenidən başlayıb. Həbsxana rəisi Qəzənfər Mahmudov və onun hansısa müavini tərəfindən AXCP fəalı Bağırzadə daim təhdid olunur”-, deyə Zeynal Bağırzadə bildirib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı