Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“İşdən çıxarılmağım məni yolumdan döndərə bilməz”

Milli Şuranın keçirdiyi son mitinqlərlə bağlı repressiyalar davam edir. Onlarla insanın inzibati həbsindən və hədələnməsindən sonra işdən qovulmalara start verilib. Dünən 23 sentyabr və 7 sentyabr mitinqlərinin fəal təşkilatçılarından biri, Mitinq Komitəsinin üzvü, AXCP Ali Məclisinin katibi Eldar Hüseynovu uzun illərdən bəri çalışdığı İqtisad Universitetindən xaric ediblər.

Eldar Hüseynov bununla bağlı FB səhifəsində yazır:

-Dəyərli Dostlar! Sevimli tələbələrim! Son bir- iki gündə hakimiyyətyönlü saytlar və qəzetlər mənim Azərbaycan Dövlət İqtisad Universitetindən söyüşkən, dalaşqan bir alim kimi işdən çıxarılmağım haqqında şər və böhtanlarla dolu yazılar verirlər. Dəyərli dostlar, mən tərbiyə aldığım ziyalı ailəsinə yaraşmayan böhtanlarla üz -üzə qalmışam Bu YAP tör-töküntülərinin mənə və mənsub olduğum, qürur duyduğum siyasi partiyaya-AXCP-yə səlib yürüşünün tərkib hissəsidir. Mən 41 illik elmi-pedaqoji fəaliyətim dövründə( 13 il AMEA-nın Kibernetika institutunda, 28 il ADİU-da) heç bir zaman rəhbərlikdən nə xəbərdarlıq, nə töhmət almamişam. Lakin zaman- zaman AXCP-nin, partiya RH-nin üzvü, AXCP Ali Məclisinin Katibi olaraq siyasi repressiyalara məruz qalmışam! Xalqımızın gələcək firavanlığı naminə milli-azadlıq hərəkatında, sonralar isə AXCP-nin sıralarında olmaqdan qurur duymuşam! Mənim işdən çıxarılmağımın da səbəbi budur. Bu siyasi sifarişli bir qərardır və məni müqəddəs amallar uğrunda mübarizəmdən çəkindirə bilməz! Mən Rəsulzadə, Elçibəy yolçusuyam! Bu yoldan məni yalnız fiziki yoxluq çəkindirə bilər! Mübarizəmizə daha coşqulu, daha enerjili davam!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir