Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

AXCP-nin 2 gənc fəalı saxlanıldı Yenilənib

Fuad Əhmadli barəsində 48 saat saxlanma qərarı çıxarılıb, o DTX-da saxlanılır. Bu barədə dövlət tərəfindən ayrılan vəkil bu barədə onun atasına məlumat verib.
Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsində olan cəbhəçilərimizin verdiyi məlumata görə, Qədim Bəkirovun məhkəməsi sabah saat 10-11 arasında Suraxanı rayon məhkəməsində olacaq. Xatırladaq ki, Suraxanı rayon məhkəməsi müvəqqəti olaraq Bakıxanov qəsəbəsində Sabunçu rayon məhkəməsinin köhnə binasına köçürülüb.

***

Avqustun 18-də AXCP-nin daha 2 gənc fəalı saxlanılıb. Bu barədə AXCP üzvləri feysbukda məlumat paylaşıblar.

Məlumata görə, saxlanılanlar AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fəalı Qədim Bəkirovdur.

F.Əhmədlini Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının saxladığı, evinə baxış keçirərək bir sıra kitablarını götürdüyü deyilir.

Q.Bəkirovu isə Suraxanı polisinin saxladığı bildirilir. Məlumata görə, Q.Bəkirovun polisə gəlib təslim olması üçün əvvəlcə evlərindən onun qardaşını aparıblar.

Məlumatı diqqətdə saxlamağa çalışacağıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir