Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

TƏRTİB OLUNAN ƏSƏRDƏ PLAGİATLIQ AXTARAN İDRİS ABBASOVA CAVAB…

TƏRTİB OLUNAN ƏSƏRDƏ PLAGİATLIQ AXTARAN İDRİS ABBASOVA CAVAB...

Çox təəssüflə qeyd etmək istərdik ki, son zamanlar bəzi elektron nəşrlərdə, “İzahlı dilçilik terminləri lüğəti” (Bakı, 2018.912 səh.) haqqında, qarayaxma ilə məşğul olan və bu işi “peşəyə” çevirmiş, elmi camiyyədə “məşhur” olan qeyri-peşəkar “mütəxəssis” tərəfindən düzgün olmayan fikirlər tirajlanır. Bu məsələni araşdırmağa başladım. Termin – dil işarəsi kimi bir anlayış və ya obyektə aid olaraq, elm və ya texnikanın konkret sahəsinin anlayışlar sistemində məfhumu ifadə edən söz və ya söz birləşməsi mənasını bildirir. Terminlər vasitəsi ilə elmi məlumat dəqiq və yığcam çatdırılır. Ona görə də terminlər elm və texnikanın müxtəlif sahələrində işlənən məfhumları, anlayışları ifadə etdiyinə görə həmin anlayışların mənaları ixtisasçılar tərəfindən başa düşülür. Termin elmi-texniki sahələrdə tam şəkildə müəyyənləşmiş xüsusi anlayışları ifadə etməsi ilə yaranır. Hər bir terminin konkret olaraq bir izahı, bir tərifi var. Əgər söhbət isimdən gedirsə, istənilən lüğətə baxın, orda onun şərhi eyni cür olmalıdır. Bunu dəyişmək mümkün deyil. Odur ki, indi bunu İdris Abbasov kimi hərfbəhərf tutuşdursaq, onda təbii ki, oxşarlıq olacaq. Çünki ismin, sifətin, sayın və s. bir tərifi var, ona ikinci tərif vermək mümkün deyil. Bu tərif isə tədqiqat prosesində yaranır. İstənilən nitq hissəsinin istənilən termini də onun kimi. Yaxud da, fizikada Nyutonun cazibə qanunu bu alim tərəfindən kəşf edilib və tərifi verilib. Lüğət tərtib edənlər bu tərifi dəyişib İ.Abbasov plagiat saymasın deyə yeni tərif verməlidir? Bütün dünyada “Nyuton” Beynəlxalq vahidlər sistemində qüvvə vahidi-N, H ilə işarə olunur və tərifi bir formada verilir. Bütün lüğətlərdə, ensiklopediyalarda da bu şəkildə verilir. Ancaq “elmi abs-traksiyadan” keçərək tərif əldə edə bilən terminlər definisiya qazanan terminlərdir. Məsələn, riyaziyyatda trapesiya – yalnız iki tərəfi paralel olan dördbucaqlıya deyilir;bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir; qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlıya paraleloqram deyilir.Göründüyü kimi, hər bir fiqurun əsas əlamətləri, xassələri nəzərə alınaraq tədqiqatçılar tərəfindən tərif verilmiş və riyazi terminxüsusiləşmişdir. Eləcə də mübtəda, xəbər, tamamlıq, təyin və s. yeni tərif verilməlidir!!!.. Bunları tədqiqatçılar edir. Lüğət tərtib olunanda bunlara yeni tərif veriləcək bəyəm?. Riyaziyyatda “funksiya”, “funksional analiz” terminləri, ümumiyyətlə terminlərə tədqiqat prosesində alimlər tərəfindən tərif və şərh verilir. Lüğətlərdə isə onlar olduğu kimi verilir. Deməli, hər terminin bir şərhi var, bunun başqa şərhi ola bilməz. Terminlərdə standart forma olmalıdır, vahidlik prinsipi gözlənilməlidir, əks halda elmdə dolaşıqlıq yaranar. Ona görə ki, termin anlayışı adi söz kimi adlandırmır, anlayış terminə təhkim olunur, anlayış onun vasitəsilə reallaşır, yəni terminin mənası onun təyinatıdır. Əgər təyinat məlum deyilsə, termin də məlum deyildir. Terminlər elmin açarıdır. Terminlər alimlərin apardığı tədqiqat prosesində yaranır, tərifi, izahı verilir. Lüğətlərdə isə onlar toplanır. Bu aksiomadır. Ona görə də terminlər elmin inkişafı ilə yaranan elmi nə¬zəriyyə, qanun, vəziyyət və s. prinsipləri adlandırmaqla ayrı-ayrı elm və texnikanın vacib bir elementi kimi çıxış edir. Lüğətlər tərtibat əsəridir, onda plagiat axtarmaq ….Lüğəti tərtib edənlər isə müəllif yox, tərtibçi hesab edilir. Belə isə “İzahlı dilçilik terminləri lüğəti”nin tərtibçiləri niyə təhqir olunur. Lüğətin qadın tərtibçiləri adını “kişi” qoyanlar tərəfindən “oğru”…..nələr, nələr – deyə təhqir olunur. Elə isə İdris Abbasov 1000 termin toplayıb bir lüğət nəşr etsin… Nəinki tərtib olunan əsərdə plagiatlıq axtarır. Axtarışlardan aydın olur ki, bu onun xislətindən doğan peşəsidir. Öz elmi rəhbərinin “Ərəb dilçiliyi” dərsliyi ilə bağlı 525-ci qəzetində yazılır: “Paralel” qəzetində filologiya üzrə fəlsəfə doktoru İdris Abbasovun “Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri: tədqiqat, yoxsa plagiat?” adlı davamlı (doqquz) məqaləsi dərc olunub. Qəzetin ilk nömrələri çıxar-çıxmaz İdris Abbasov poçtalyon kimi düşüb qapı-qapı onları paylamağa. Bununla ürəyi soyumayıb, yazılarını “Reytinq” qəzetinə verib və nəhayət, tamam rahat olmaq üçün onları “Facebook” səhifəsində yerləşdirib. 
Eyni zamanda ərəbşünaslar arasında tanınmayan İdris Abbasov birdən-birə nəzər diqqəti özünə cəlb etmək üçün uğursuz bir yol seçib: oxucuların əksəriyyətinin dilçilikdən uzaq olmalarına arxayınlaşaraq, müxtəlif böhtanlarla Vasim Məmmədəliyev kimi alimə “qarşı çıxmaq”. Amma o, ad qazanmaq əvəzinə nifrət qazandı “nankor” tələbə kimi lənətləndi. Lakin həmin dərslik indi də tələbələrin stolüstü kitabıdır. Ancaq “nankor” tələbə kimi yaddaşlarda həkk olundu. Bu gün də bu əməlini yenə də davamı kimi “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı gülməli də olsa, ictimaiyyəti çaşdıraraq guya plagiat terminlərin siyahısını verir. Əvvəlki senarini davam etdirir.Necə ki akademikin dərsliyi ilə bağlı 9 məqalə vermişdir. İndi də məqalələr eynən təkrar olunur.


Tərtibçilər yazırlar ki, lüğət tərtib olunan zaman nəşr edilən lüğətlərlə yanaşı “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (Bakı. Mütərcim. 2015); “Dilçiliyin əsasları (Bakı. Mütərcim. 2013) kitablarından, eyni zamanda aka¬de¬mik A.Axundovun, akademik K.Abdullayevin, M.Hüseynzadənin, Ə.Dəmirçizadənin, Q.Kazımovun qrammatika kitablarında, eləcə də Z.Korkmazın, O.S.Axmanovanın, T.B.Jerebilonun, D.E.Rozental, M.A.Telenkovanın lüğətlərində verilən terminlər və onların tərifləri lüğətə daxil edil¬miş¬dir.Bu tərtibçilər tərəfindən qeyd edilirsə, hansı plagiatlıqdan söhbər gedir? Lüğət tərtib edilir, onu tərtib edənlər isə tərtibçi adlanır. Bu isə plagiatlıq deyil. Plagiatlıq elmi ideyaların, elmi fikirlərin oğurlanması deməkdir. Bununla da İdris Abbasov stəkanda inqilab edir….
Vaxtilə professor Fəxrəddin Veysəlli İdris Abbasov haqqında yazırdı: “ Azərbaycan elmində “evcik-evcik” oynamaq həvəsi, nədənsə, məndə onu araşdırmaq hissi yaratdı. Son vaxtlar mətbuatda İdris Abbasovun filan alim savadsızdır, filankəs plagiat yazır və s. kimi yazılarına çox rast gəlmək olur. Savadsızlıqda və ya plagiatlıqda ittiham olunan alimlər isə qəribədir ki, Azərbaycan dövləti, ölkə prezidenti tərəfindən fəxri orden və adlarla təltif olunmuş, Prezident təqaüdü almış, elmdə öz möhürlərini vurmuş dünya şöhrətli alimlərdir. Bütün bunları araşdırarkən fikirləşirəm ki, bu tanınmış alimləri qərəzli tənqid etməklə bəlkə İdris Abbasov prezident qərarlarına hörmətsizliyini nümayiş etdirmək istəyir?”
Bəs İdris Abbasovu Fəxrəddin Veysəlli ilə hansı bağlar bağladı? Hansı maraqlar onları birləşdirdi? Bu cür “şanlı” keçmişə malik İdris Abbasovun özünü növbəti dəfə “isbatlamaq” üçün hədəfi isə AMEA Dilçilik İnstitutunun bir qrup qadın əməkdaşlarının tərtib etdiyi “İzahlı dilçilik terminləri lüğəti”dir.
Onu da aydınlaşdırdım ki, haqqında danışılan lüğət yeni nəşr olunmayıb. 2018-ci ilin yanvarında nəşr edilib. İndi sual olunur: Bu lüğətin plagiat olduğunu iddia edənlər niyə bu qədər vaxt sonra gəlib ucuz yollarla bu lüğəti hədəf alırlar? Yoxsa onların bu “təşəbbüskarlıq”ları sadəcə özlərinin hansısa şəxsi zəmindəki ədavətlərindən qaynaqlanır? Apardığımız çox kiçicik internet araşdırması məhz ikinci variantın – şəxsi münasibətlər zəminindəki ziddiyyətlərin belə bir spekulyativ xəbərin ortaya çıxardığını göstərir. Məsələ bundadır ki, insanların yaddaşından bəzi şeylər silinsə də, “Google” heç nəyi unutmur.. Sadə bir araşdırma aparsaq, İdris Abbasovun indiyə kimi neçə adamın üstünə “plagiat”lıq motivi ilə “şığıdığını” görərik.. Və ya dəyişən konyuntur altında dünən savadsızlıqlarından “gileyləndiyi” adamlara, sonra niyə yaltaqlanır..? Məsələn, 2013-cü ildə Fəxrəddin Veysəllininin “Dilçiliyin əsasları” adlı kitabını elmi məziyyətləri çox-çox aşağı olan bir əsər və elmi dəqiqliyi və fundamentallığı özündə əks etdirməyən, qrammatik qaydalara riayət olunmayan cəfəngiyyat adlandırırdı. İndi isə… Lüğət haqqında fikir bildirənlər, xüsusilə sosial şəbəkə “pəhləvanları”nın çox böyük əksəriyyəti lüğətlə heç tanış deyillər. Və ya həyatları boyu bəlkə də heç bir lüğət tərtib etməyən, təbii olaraq lüğətçilikdən bixəbər İ. Abbasovun “mənəvi öndərliyi” altında guya “plagiat”çılığa yox deyirlər… Bu şəxslərin bir çoxu belə bir Lüğətin nəşr olunduğunu da yəqin ki, bu qarayaxma başladıqdan sonra biliblər. Bəs onda nədir bu aqressiya?
Bu “sensasion” xəbər əslində Lüğət haqqında çıxan mənfi xarakterli yazıların elə eyni saytlarda, eyni üslubla yazılması onların guya hansısa “jurnalist araşdırması” olmadığını göstərir. Təsadüfə bax ki, İ. Abbasov bu obyektiv jurnalist “araşdırmalar”ının hamısını öz sosial şəbəkə hesabından paylaşır.. Təsadüf?
Saxta senarilərlə saytlarda insanları aldatma…Səni kimilər 37-ci ildə yüzlərlə ziyalımızı güllələtdi. “Professor” İdris Abbasov bu barədə fikirləşsin…Əsl Azərbaycan qadınları olan, ömürlərinin 40, 50 ilini terminoloji lüğət tərtib etməyə həsr edən oğru adlandırdığı bu qadınları təhqir etməsi cinayətdir. Belə “kişilər” 1000 səhifəyə yaxın lüğətin tərtibçilərini təhqir edirlər… Çünki bu qadınlar ömürlərini elmə həsr edib laborant, elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, olmuşdur. İdris Abbasov isə birbaşa Dilçilik İnstitutunun “Dil nəzəriyyəsi ”şöbəsinə müdir təyin olunmuşdur. Dil nəzəriyyəsi ilə bir dənə də məqaləsi olmayan,” “sami dillər” ixtisası ilə bu şöbəyə müdir olmaq… saxtakarlıqdır. Dini Qurumlar İdarəsindən qovulandan sonra yazıq görkəmində Dilçilik İnstitutuna müdir təyin olundu. Elmi əsərlər yazmaq əvəzinə… Elmi Şuranın üzvlərinə hücuma keçdi…Saytlarda kimini rüşvətxor, kimini plagiatlıqla təhqir edir. Elmi Şuranı telefona çəkərək professorları hədələyir…Hələ bir dəfə nə Elmi seminarda, nə də konfranslarda çıxışını eşidən olmayıb..Ancaq insanları təhqir və şantaj etməklə istədiyini əldə etmək istəyi… Ümumiyətlə, lüğətçilikdən xəbəri olmayan bu qaragüruhçuların nəzərinə çatdırmaq lazım ki:
1. Lüğətin tərtibində məqsəd-dilçilik elminin müxtəlif sahələri, bölmələrini əhatə edən anlayışlar toplayıb ixtisasçılara əhatəli geniş məlumat materialı vermək, elmi işçilərin, müəllimlərin, tələbələrin gündəlik təcrübi fəaliyyətinə kömək etməkdən ibarətdir. Bu baxımdan lüğətdə plagiatlıqdan danışmaq qeyri-peşəkar yanaşmadır.. Çünki terminin elmin inkişafı ilə bağlı olaraq vahid tərifi formalaşır. Ona görə də lüğətdə həmin terminlər toplanıb verilir, yeni tərif yaradılmır.

Orta məktəbdə, ali məktəbdə sabitləşmiş məna qazanan terminləri olduğu kimi lüğətlərdə verilməlidir. Yoxsa, İ. Abbasovun və “dəstəkçilərinin” məntiqinə əsaslansaq, hər lüğətdə terminlərə “plagiatlıq” olmasın deyə yeni təriflər verilməli, yaxud hər yeni lüğət “plagiatlıq” olmasın deyə özündən əvvəlkində yer alan terminləri əhatə etməməlidir?? Lüğətlər tərtib olunur, plagiatlıq isə elmi əsərlərdə, monoqrafiyalarda olur. Tərtib olunan əsərlərdə plagiatlıq olmur. Məsələn, atalar sözləri və məsəllər, aforizmlər tərtib olunur.


2. Həqiqətlər riyakarcasına təhrif olunur, ictimaiyyət aldadılır ki, guya lüğət qrant layihəsi ilə tərtib olunub. Guya lüğətin nəşrinə filan qədər dövlət vəsaiti xərclənib? Bildiyimizə görə AMEA da heç bir əsər qrant layihəsi ilə nəşr olunmur. Əgər bu iddianın sahibləri özlərinə bu qədər əmindirlərsə, faktlarla danışsınlar.. ucuz yalanları təkrar-təkrar tirajlamasınlar… Lüğətə nə qədər xərclənib? Hansı qrant layihəsi ilə lüğət nəşr olunub? Bu suallara faktlarla cavab verilsin… Məlikməmmədin nağılını danışmaqla yox!!!
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, böhtan və təhqirə görə ayrı-ayrılıqda 1000 manatdan 1500manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yenə Cinayət Məcəlləsinə istinadən müəllif hüquqlarını pozma, 1000 manatdan 2000 manata qədər cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırıla bilər.

Mahmud Abışov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir