Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şair Saday Şəkərli məhkəməyə müraciət etdi

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərli Nizami rayon Məhkəməsinə müraciət ünvanlayıb: “Qanunvericiliyə edilən son dəyişiklikdən sonra Saday Şəkərli müraciət hazırladı. O, 2015-ci ildə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan yoxdur, ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Bu məqsədlə də o, Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş edib ki, vəziyyəti nəzərə alınaraq azadlığa buraxılsın”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir