Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bizim sürücülük vəsiqələri niyə digər ölkələrdə tanınmır?

Azərbaycanın milli sürücülük vəsiqələri bir çox ölkələrdə tanınmır”
Hüquqşünas Ərşad Hüseynov öz “facebook” səhifəsində bu məsələ ilə bağlı açıqlama verib.

Hüseynov qeyd edib ki, Azərbaycanın sürücülük vəsiqələrində 2 qüsur olduğu üçün tanınmır: “”Yol hərəkəti haqqında” 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə, sürücülük vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir