Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

İcra başçısının oğlu 1 milyon manata obyekt aldı

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.
İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.
Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.
Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.
Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur./unikal.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir