Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəyə start verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək ”Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihə tezliklə baş tutacaq.

İcra müddəti 3 ay nəzərdə tutulan layihədə 16-29 yaş həddində olan gənclər iştirak edəcəklər.

“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” layihəsinin əsas məqsədi yeni qəbul olunmuş qanunlarla bağlı əhalinin məlumatlandırılması sahəsində gənc bələdiyyə üzvlərinin rolunun artırılması, həmin gənclərin maarifləndirilməsidir. Layihə müddətində gənc bələdiyyə üzvlərinə hüquqi maarifləndirmə ilə bağlı kitabçalar və bukletlər paylanılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir