İyunun 28-də AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçini təyin edib. O, rumıniyalı deputat Florin Predanı əvəzləyib.
Yeni məruzəçi britaniyalı Rocer Geyl olub. Bu barədə Turan-a Monitorinq Komitəsi katibliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, R.Geyl Monitorinq Komitəsinin rəhbəridir.
Xatırladaq ki, AŞPA üzvlərinin korrupsiyası və lobbiçiliyi ilə bağlı AŞPA-nın yaz sessiyasında qəbul edilmiş sənəddə F.Predanın adı keçir.
Monitorinq Komitəsinin Azərbaycan üzrə digər məruzəçisi avstriyalı Stefan Şennakdır.