Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət etdi

Keçmiş səhiyyə naziri Əli İnsanov haqqındakı hökmdən Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazıdır. Ona görə də Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edib.

Əli İnsanov kassasiya şikayəti üzrə məhkəmə baxışının təyin olunmamasından narazıdır. Bu səbəbdən oktyabrın 2-də saxlandığı 11 saylı cəzaçəkməəssisəsindən Ali Məhkəmənin sədrinə müraciət edib. Məktubda yazıb ki, süründürməçiliyə yol verilməsin, onun kassasiya şikayəti üzrə məhkəmə baxışı təyin olunsun”, – Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.

Vəkil qeyd edib ki, Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsi haqda Qaradağ Rayon Məhkəməsində çıxarılmış hökm iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb. Həmin qərardan az sonra Ali Məhkəməyə şikayət verilsə də, hələ heç iş üzrə məhkəmə baxışı təyin olunmayıb.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Ona verilmiş 11 illik cəza müddətinin başa çatmasına 56 gün qalmış haqqında yenidən cinayət işi başlanıb. Bu dəfə isə psixotrop tərkibli həblər saxlama, Anar Məmmədov adlı ədliyyə mayoruna xəsarət yetirmə kimi ittihamlarla 7 il azadlıqdan məhrum edilib.

Əli İnsanov ittihamların saxta olduğunu, həbsdən çıxmasına imkan verməmək üçün siyasi sifarişlə cəzalandırıldığını bildirir.(Azadliq.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir