Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanlı siyasi mühacirlər daha bir etiraz aksiyasi kecirdi

14 yanvar 2020-ci il tarixində Almaniyanın Berlin aktiv siyasi mühacilərin təşkilatçılığı ilə Ukrayna, Gürcüstan və Rusiya səfirlikləri önündə “Azərbaycanin keçmiş prezidenti 1993-ci ildə hakimiyyətə gəlmiş   Heydər Əliyevin” bu ölkələrdəki abidələrinin götürülməsi tələbilə etiraz aksiyasi keçirdilər. Bu haqqda mətbuata məlumat verən təşkilatçılardan biri Cabir Qasımov  sözlərinə görə, “Mitinqlərdə bütövlükdə 80-dək siyasi aktiv şəxslər iştirak etmişdilərlər. Mitinq ilk öncə Gürcüstan səfirliyi önündə başlamış, daha sonra Ukrayna səfirliyi qarşısında davam etmiş və sonda Rusiyanın diplomatik korpusu ətrafında sona çatmışdır.  Mitinq iştirakçıları hər bir tədbirdə Azərbaycanda ailə hakimiyyətinin əsasını qoyan Heydər Əliyevin demokratik dəyərlərə necə zərbə vurmasını qeyd etdilər, bunun da nəticəsində bu gün Azərbaycanda azad mətbuatın məhv edildiini vutğuladılar. Qeyd olundu ki, məhz Heydər Əliyevin siyasi hakimiyyəti nəticəsində proporsional seçki sistemi ləğv edildi, konstitusiyaya dəyişiklik edildi.  “

Aksiyada iştirak edənlər mitinq zamanı siyasi məhbusların azad edilməsilə bağlı, eyni zamanda diktatura rejimi əleyhinə şüarlar səsləndirdilər.

Hər bir ölkə səfirliyi qarşısında keçirilən aksiya zamanı mitinq iştirakçıları Heydər Əliyevin bu ölkədə heykəlinin götütürlməsini tələb edən imzalanmış müraciətləri diplomatik ofisə təqdim edərək tələblərini yazılı şəkildə də çatdırdılar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir