Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda alman dilinin tədrisi genişləndirilir – FOTO

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_cvhngjhgjgh.jpgBu gün Bakıda Alman Dili Tədrisi Mərkəzində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrabın iştirakı ilə tədbir keçirilib.

Mediafakt xəbər verir ki, tanışlıq məqsədi ilə təşkil edilən tədbirdə şagird və müəllim heyəti ilə görüş keçirən səfir onlarla fikir mübadiləsi aparıb, təklif və tövsiyyələr verib. Gürcüstanın Höte-İnstitutuna yeni təyin olunmuş dil şöbəsinin rəhbəri  Saşa Fabrinin də iştirak etdiyi görüşdə, səfir Azərbaycanda alman dilini tədris edən məktəblərin açılmasının təfərdarı olduğunu deyib. «Mən çox şadam ki, gənc azərbaycanlılar alman dili ilə maraqlanırlar. Alman dilini tədris edən məktəblərin açılması üçün maraqlı tərəflər öz tövhəsini verməlidir. Bu məsələyə Almaniya səfirliyi, Təhsil Nazirliyi, Gürcüstanın Höte-İnstitutunu və Almaniyadakı Xarici Məktəblərlə iş üzrə idarə bu işdə maraqlı olmalıdır». Səfir Mərkəzdə yaradılan şəraitdən məmnunluq ifadə edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19359021_310081799446046_657172994_o.jpg

Alman Dili Tədrisi Mərkəzinin rəhbəri Zəhra Alıyeva Missiya.Az-a açıqlamasında bildirib ki, Mərkəz Höte-İnstitutunun Azərbaycan Respublikasında yeganə tərəfdaşı olaraq 2009-cu ildən etibarən alman dilinin tədrisi ilə məşğuldur. «Həmin ildə aparılan araşdırmalar nəticəsində Azərbaycanda alman dilinə marağın artdığı müəyyən olunub. Biz istəyərdik ki, Azərbaycanda alman dilinin tədrisi daha da genişləndirilsin. Müntəzəm olaraq, Almaniya səfirliyinin və Höte-İnstitutunun Azərbaycanın Təhsil Nazirliyi ilə danışqları olub və davam etdirilir».

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19359058_310081986112694_1183754082_o.jpg

Zəhra Alıyevanın sözlərinə görə, hər dörd ildən bir bu mərkəzin Höte-İnstitutunun keyfiyyət standartlarına uyğunluğu yoxlanılır. «Alman Dili Tədrisi Mərkəzi artıq iki dəfə (2012-ci və 2016 illərdə) akkreditasiyadan uğurla keçib. Mərkəzdə uşaqlar və böyüklər üçün dil kursları, beynəlxalq sertifikat imtahanları və müxtəlif maarifləndirici tədbirlər təşkil edilir. Burada tədris edən müəllimlər yüksək potensiala malikdir, davamlı olaraq həm Almaniyada, həm də dünyanın müxtəlif ölkələrində təşkil edilən təkmilləşdirmə kurslarında iştirak edirlər. 2009-cu ildən etibarən mərkəzin müəllimləri üçün tək Bakıda 43 metodik seminar keçirilib. Alman Dili Tədrisi Mərkəzi Gürcüstandakı Höte-İnstitutu ilə birlikdə 2016-cı ildən yeni layihəyə start verib». 

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369017_310081086112784_2017472070_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369267_310081536112739_45692289_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369364_310085112779048_1738594565_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19401203_310081889446037_1810077012_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19401600_310080849446141_1954650421_o.jpg

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir