Bu haqda vəkil Asabəli Mustafayev facebook səhifəsində məlumat verib. Məlumatda deyilir:
“Avropa Məhkəməsi 16 fevral tarxində müdafiə etdiyim 10 ərizəçinin 15 işi üzrə (5 ərizəçinin hər birində 2 iş var) qərar elan edəcəkdir.
Bütün işlər qanunsuz həbs, sərbəst toplaşma hüquqlarının pozuntusula bağlıdır. Bu işlər üzrə qərarlar hələ keçən ilin iyul ayında elan olunmalı idi. Lakin qərarların elanı qəflətən təxirə salındı. Səbəbi barədə verdiyim sorğuya mənə sonradan yazılı cavab verildi.
Burada həmin cavabı açıqlamaq istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, təxirə salınma xoş məramla edilib. Xülasəsi: bizim ölkədə siyasi motivli işlərə çıxan və Avropa Məhkəməsinə belə şikayət göndərən hüquqşünasları daim təhlükə gözləyir. Burada ərizəçilərin soyadlarını sadəcə yada salıram: Bayramova Gözəl, Həsənov Babək, Məcidli Məhəmməd, Məcidli Məcid, Quliyev Rövşən, Bayramov Bayram, İkram İsrafil, Tural Abbaslı, Cəmil Hacıyev, Hikmət Ağayev. Qalan bütün məsələlər qərarlar elan olunduqdan sonra bilinəcək.
Dostlardan xahiş edirəm bu məsələ ilə bağlı hələ ki, mənə zəng etməsindər. Qərar barəsində məlumatı birisi gün yayacağam”.