Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ceyhun Nəbinin həbsi qəbuledilməzdir

Siyasi Düşüncələr Mərkəzinin rəhbəri, Cümhuryyət tarixi üzrə gənc araşdırmaçı Ceyhun Nəbi dünən Rusiyadan Azərbaycana qayıtdıqdan sonra yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində polis tərəfindən saxlanılaraq aparılması bir daha Azərbaycanda ifadə azadlığının bərbad səviyyədə olmasını göstərir.

Atası Sərdar Nəbiyevin verdiyi məlumata görə Ceyhun Nəbinin harada olması haqqında Şəmkir polisində heç bir məlumat verilməyib və deyilib ki, iş “Bakılıqdır”. Ceyhun Nəbinin Bakıya aparıldığı bilinir və indiyədək harada olması haqqında atasına heç bir məlumat verilmir.

Ceyhun bəyi tələbəlik illərindən tanıyıram və bir vətənini sevən insan kimi hər zaman Azərbaycanın inkişafı və tərəqqisini istəyən insanlardan olduğu dəqiqdir. Ceyhun bəy universal dəyərlər olan insan azadlığı, siyasi plüralizm və demokratiya kimi prinsiplərin daşıyıcısıdır. Öz hesabına çətinliklə nəşr etdirdiyi Sovetlərlə Üz-Üzə kitabı onun Xalq Cümhuriyyəti ideyalarına bağlılığının nümunəsdir.

Ceyhun bəy dəfələrlə öz azad fikirlərinə görə polis tərəfindən təzyiqə məruz qalmışdır. Onun sosial mediada aktiv oması çox güman ki, Əliyev hakimiyyətinin ölkədə azad sözə və ifadəyə münasibətinə uyğun gəlmədiyinə görə Ceyhun bəyin həbsi ilə nəticələnmişdir.

Bir neçə ay bundan əvvəl Ceyhunla Cümhuriyyət Araşdırmalar Mərkəzi olaraq YouTube videoları çəkərək Azərbaycan və Demokratiya, Ermənistanda baş verən son dəyişikliklərin Azərbaycana təsir imknaları və Müasir Azərbaycan Azərbaycan Cümhuriyyətinin varisidirmi kimi məslələri müzakirə etdik.

Ceyhun bəyin həbsinin məhz onun facebook sosial şəbəkəsində yazdığı statuslar əsasında olduğu dolğun olaraq görünür.

Onu da qeyd etmək istırdim ki, tutulub aparılmağına rəğmən sosial şəbəkədə onun profili online görünürdü və həmin vaxt saxta profillər vasitəsilə bizim facebook da olan fotolarımız və mənim şəxsi inboxuma şübhəli şəxslərdən gələn yazılar və səs yazıları bir daha məndə əminlik yaradıb ki, Ceyhun bəy məhz öz azad fikirlərinin ifadəsinə görə həbs edilib. Bu cür həbslər insan hüquqlarının və vətəndaş hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır və pislənilməlidir Ceyhun bəyin azadlıqda olması onun bir yaradıcı vətəndaş kimi tariximizə aid araşdırmalarına töhfədir.(TURAN)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir