Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

DTX əməkdaşından etiraf: “Qətli mən sifariş etmişəm” – TƏFƏRRÜAT

Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, R.Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S.Abdullayeva onun sifarişi ilə Hacıqabul sakini, 1992-ci il təvəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürülüb.

 

Məlum olub ki, X.Kərimov özünə məxsus “KİA Rio” markalı avtomobilində S.Abdullayevanı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində “Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.

 

7-8 saat avtomobildə qalan meyit sonradan R.Ağayevin köməyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb. Meyit FHN-in xilasetmə qüvvələri tərəfindən yarğandan çıxarılaraq Şamaxı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzində müayinə olduqdan sonra yaxınlarına təhvil verilib. S.Abdullayeva bu gün axşam saatlarında Şirvan şəhərində dəfn edilib.

 

Qeyd edək ki, mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətli barədə əldə edilmiş məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Firudin oğlu Ağayev S.Abdullayevadan oğlu, narkotik cinayətinə görə həbs olunmuş Abdullayev Xəyal Hüseynağa oğlunun azad edilməsi üçün 27 min manat alıb. Lakin X.Abdullayev azad edilməyib, R.Ağayev aldığı pulu qaytarmayıb. Pulunu geri istəyən müəlliməni öldürmək qərarına gələn Ağayev onun qətlini sifariş verib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir