Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Lotu Quli İstanbulda həbs olundu

İstanbul polisi “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifovu şübhəli şəxs qismində saxlayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Sözçü”nün yaydığı məlumatda deyilir ki, əməliyyatı İstanbul polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları həyata keçirib.

Nadir Səlifov Rusiya mediasında yayılan bir xəbərdən sonra saxlanılıb. “Rambler.ru”da “Türkiyədəki oğru Rusiyadan xərac toplayır” başlıqlı yazı yayımlanmışdı. Nadir Səlifovun Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilirdi.

İddiaya görə, Nadir Səlifov xüsusən Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından “haqq” alır. Hətta onun bu işi internet vasitəsilə həyata keçirdiyi bildirilir. Məlumatda qeyd olunur ki, Səlifov internet üzərindən konfrans vasitəsilə Rusiyadakı biznesmenlərlə əlaqə yaradır və “haqq” alır.

“Sözçü” xatırladır ki, Rusiyada qida məhsullarının satışıyla məşğul olan iş adamlarının çoxluq təşkil etdiyi bu bölgəyə iki il öncə İstanbulda qətlə yetirilən başqa bir qanuni oğru Rövşən Canıyev (Lənkəranski) nəzarət edirdi. Türkiyə mediası yada salır ki, Nadir Səlifovun adı Rövşən Canıyev qətlə yetiriləndə də gündəmə gəlmişdi.

“Canıyevin öldürülməsinin ardından 6 noyabr 2017-ci ildə keçirilən əməliyyat nəticəsində “Şirinlər” adlandırılan cinayətkar qrupun üzvləri, Canıyevin qardaşı da daxil, 11 nəfər saxlanıldı. Onların Rövşən Canıyevi öldürtdüyü iddia edilən Lotu Qulinin qətlini müzakirə etmək üçün toplaşdığı iddia olunurdu. İddiaya görə, Canıyevin qardaşı Lotu Qulinin ölümünə görə “Şirinlər”ə 5 milyon lirə təklif etmişdi.

Lotu Qulinin rəqibinin ölümündən sonra Rövşən Canıyevin nəzarətindəki bölgələri ələ keçirdiyi də iddia olunur”, – “Sözçü” yazır.

Azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir