Xırdalanda yağış suları yolun çökməsinə səbəb olub.
Trend-in məlumatına görə, hadisə şəhərin Qalubiyyə küçəsində baş verib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, çökməyə səbəb Xırdalanda aparılan su-kanalizasiya sistemlərinin yenidən qurulması olub:
“Hazırda Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işləri aparılır. Hadisə baş verən yerdə bir neçə gün öncə qazıntı işləri gedirdi. İşlər bitdikdən sonra həmin yerə asfalt örtüyü çəkilmişdi. Orada kanalizasiya lükləri yenidən qoyulub və hələ asfalt bərkiməmişdi. Ötən gecə yağan yağış suları da sızaraq asfaltın altına yığılıb. Bu səbəbdən də yol çöküb”.
Qeyd edək ki, çökən yolda yük maşını olub. Hadisə nəticəsində ağırtonnajlı maşın çuxura düşüb.