Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.
Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.