Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan banklarına 2 il vaxt veriləcək

“2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq”.
“Marja” xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirb.
Birinci müavin qeyd edib ki, bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur:
“Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlər işə salınacaq. Problemli aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlər yaradılacaq, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətləri hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanda banklar üçün məcmu kapital tələbi 50 milyon manatdır. Hazırda bir neçə bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir