Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakıdakı Ariva Hotel-də orgiya: küveytli ərəb üç fahişəni birdən apardı və…

Bakı otellərindən birində Küveyt vətəndaşı ölüb. Bu barədə Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

“Sputnik” xəbər verir ki, yanvarın 8-də bu rayon ərazisində yerləşən “Ariva” otelində 56 yaşlı Məsfər Oma Alshelahi vəfat edib. İlkin məlumatlara görə, turist ürək-damar çatışmazlığı üzündən keçinib.

Araşdırma zamanı məlum olub ki, ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısında dünyasını dəyişib. Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər.

Məlum olduğuna görə, kriminalistlər turistin üzərində və otaqda pul aşkarlamayıblar. Ehtimal olunur ki, otağa dəvət olunan fahişələr pulları özləri ilə aparıblar. Fakt üzrə araşdırma davam etdirilir.

Virtualaz.org ərəb turistin öldüyü otellə əlaqə saxlayıb. Adının açıqlanmasını istəməyən əməkdaş oteldə ötən gün ərəb turistin öldüyünü təsdiq edib, bildirib ki, ölüm hadisəsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır və onun bundan artıq bildiyi nəsə yoxdur. “Qadınlar haqda eşitməmişəm, bilmirəm”-əməkdaş deyib. Oteldən Küveyt vətəndaşının orada neçə gün əvvəl yerləşdiyini də deməyiblər.

AirivaHotel Bakıda Əhməd Rəcəbli küçəsi 1, 12 ünvanında yerləşir.

Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Küveyt vətəndaşı Mesfer Oma Alshelahi-nin Nərimanov rayonu ərazisində yerləşən “Ariva” otelində ürək çatışmamazlığından vəfat etməsi ilə bağlı məlumat daxil olub. Həmin məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, məhkəmə-tibbi ekspertizasının iştirakı ilə meyitə baxış keçirilib, meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Ölümün səbəblərinin müəyyənləşdirməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bakıya son vaxtlar ərəb turistlərin axını birmənalı qarşılanmır. Çünki ərəb turistlərin Bakıya fahişələrin xidmətindən istifadə etmək, şəhərin gecə barlarında əylənmək üçün gəldikləri barədə ictimai rəy formalaşıb. Bundan əvvəl də dəfələrlə Bakıda ərəb turistlərin fahişələrin toruna düşməsi və pullarının oğurlanması kimi kriminal hadisələr qeydə alınmışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir