Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

​Şəkidə bədbəxt hadisə baş verib

Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Bildirilir ki, bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı Sevdigül Məmmədovanın  yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir