Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb.
11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.
E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
(apa)