Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Beyləqanda Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin rəisi yaralanıb

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcribə və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov avqustun 7-də öz kabinetində yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı Turan-a təsdiqləyiblər.

Hücumu Beyləqan rayon sakini Fariz Azadzadə törədib. O, bunun səbəbini ötən il F.Bayramovun “yalnış arayış” verməsilə izah edib.

F.Azadzadə F.Bayramova bir neçə bıçaq zərbəsi endirib, onu ölümlə hədələyib. Lakin F.Bayramov müqavimət göstərib və F.Azadzadə hadisə yerindən qaçıb. Rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.F.Azadzadə saxlanılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir