Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.
Ardıcıl iki il Avropanın ən güclüsü olan “kral klubu” bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.
Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb.
“Real”ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb.
UEFA Çempionlar Liqası
Final
26 may
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1
Qollar: Benzema, 51, Beyl, 64, 83 – Mane, 55
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu