“Qalatasaray” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, İstanbul klubu 19-cu turda doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Matç Fatih Terimin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray” – “Osmanlıspor” – 2:0
Qollar: Fequli, 37, Qomis, 88
Bu qələbə ilə xalını 41-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ilk pilləyə yüksəlib. İstanbul klubundan 1 oyun az keçirən “Başakşəhər” 39 xalla 2-ci, “Fənərbaxça” 36 xalla 3-cü pillədə qərarlaşıb.