Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycanda Rusiya istehsalı maşınlar bahalaşdı – İdxal isə dayandırıldı

Rusiya istehsalı olan avtomobillərin Azərbaycanda qiyməti bahalaşıb.
Bu barədə faktı Unikal.org-a «Xəzər-Lada ASC» ofisindən təsdiqləyiblər. Bildirilib ki, hazırda ofislərdə «Xəzər-Lada ASC» məxsus 3 model avtomobillərin satışı həyata keçirilir. Bu avtomobillərin ötən illə müqayisədə satışı 1000-1500 manat arası bahalaşıb.
Hazırda 2017-ci ilin istehsalı olan 3 avtomobil modeli – “Urban”, “Niva” və “Priora” satılır.
Onların qiymətləri isə belədir:
“Niva” sadə 15300 manat (2017-ci ildə 14500 manat) satılır.
“Niva” konisanerli 16300 manat (2017-ci ildə 15500 manat) satılır.
“Urban” 18200 manat (2017-ci ildə 17500 manat) satılır.
“Priora” 16000 manat (2017-ci ildə 14500 manat – 15000 min manat) satılır.
«АvtoVaz» ASC-nin istehsalı olan bütün növ avtomobillərin Azərbaycana idxalı dayandırılıb. 2018-ci ildə bu şirkətə məxsus avtomobillər ölkəmizə gətirilməyib. Hazırda Granta, Kalina, Vesta, Xray, Largus modellərinin Azərbaycana idxalı da dayandırılıb. Bu növ avtomobillər «Xəzər-Lada ASC» ofislərində satılmır.
«Xəzər-Lada ASC»-nin satış ofisindən bildirilib ki, avtomobillərin idxal edilməməsinə səbəb qiymətlərdir. Hazırda «АvtoVaz» ASC-də qiymətlər müəyyənləşdirilir və gələn ay üçün avtomobillərin idxalı nəzərdə tutulur. Ən çox böyük mühərriki olan avtomobillərin qiymətində bahalaşma ola bilər. Amma bütün bu qiymətləndirmələr «АvtoVaz» ASC-də təyin olunacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir