Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

AFFA İntizam Komitəsi “Qarabağ”ın etirazını qəbul etməyib

 AFFA İntizam Komitəsi “Qarabağ”ın etirazını qəbul etməyib.
Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XVIII turunda “Kəpəz”lə oyunun 86-cı dəqiqəsində Ağabala Ramazanova göstərilmiş sarı vərəqəyə etiraz edib.
Klub həmin vərəqəni haqsız sayaraq, matçın protokolunda müvafiq qeyd edib. Lakin İntizam Komitəsi baş hakim Ömər Paşayevin qərarını qüvvədə saxlayıb. Nəticədə Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. O, XIX turda “Qəbələ” ilə səfər matçını buraxmalı olacaq.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 17:30-da başlayacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir