Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İsrail İranı müharibə ilə hədələdi

İsrail öz şimal sərhədlərində düşmən İranın hərbi mövcudluğuna yol verməyəcək.

Bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxış edib.

Hökumət rəhbəri Tehranın Suriyada hərbi iştirakının artmasını İsrailə qarşı yönəlmiş addım kimi qiymətləndirib. Onun sözlərinə görə, son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri münaqişə zonasına hücum və müdafiə silahları, eləcə də zərbə PUA-ları, hava hücumundan müdafiə vasitələri və “yer-yer” sinfli raketlər toplayırlar.

“İranın bizə qarşı yönəlmiş təcavüzünü dayandırmaqda qərarlıyıq, hətta bu münaqişə anlamına gəlsə belə. Yaxşı olar ki, indi, nəinki sonra”, — deyə Netanyahu bildirib.

O əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, lakin “istənilən ssenariyə hazırdır”.

Baş nazirin sözlərinə görə, “vaxtında hərəkət etməyə” hazır olmayan ölkələrin buraxdığı səhvlər, sonradan onlara baha başa gəlir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir