Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hasilatda şəffaflıq bölgələrdə təbliğ olunacaq

İctimai İştirakçılığın Dəstəklənməsi” İсtimai Birliyi Siyəzən və Şabran rayonları ərazisində “ Hasilat Sənayesində Şəfafflıq nədir? – Təşəbbüsün bölgələrdə təbliği” adlı layihə həyata keçirməyə başlayıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.

Bu barədə layihə rəhbəri Şaban Nəsirovun məlumat verib: ” Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsinə əsasən, təbii sərvətlər Azərbaycan Respublikasına məxsusdur. Yəni xalqın sərvətidir. Hər bir azərbaycanlının təbii sərvətlərdən gələn gəlirlər barədə məlumat almaq hüququ var. Beynəlxalq prinsiplərdə də bu öz əksini tapır. Lakin, sadə vətəndaşlar arasında çox az adam tapılar ki, bunlardan xəbərdar olsun. Azərbaycan hökuməti beynəlxalq təşəbbüslərə qoşulsa və hökumət səviyyəsində təbliğat işləri aparılsa da, hesab edirik ki, ictimai təşkilatların da bu işdə köməyinə ehtiyac var. “.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Layihənin əsas mahiyyəti bölgələrdə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin (HSŞT) təbliğidir. Layihə zamanı yerli fəal insanlar, gənclər arasında təşəbbüsün cəmiyyətə, dövlətə faydaları təbliğ olunacaq.

İctimai Birlik Siyəzən və Şabran rayonları ərazisində Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin təbliğ və təşviq olunması üçün ilkin görüşlər keçirməyə başlayıb.İlkin olaraq yerli dövlət və ictimai faəl kəsimlə bu mövzuda müzakirələr aparlıb. Bu müzakirələr zamanı ortaya çıxan suallar barədə keçirəcəymiz Dəyirmi Masalarda iştirakçılara ətraflı cavablar veriləcəkdir.

Layihə çərçivəsində mövzu ilə bağlı Dəyirmi Masalar təşkil olunacaq. Dəyirmi Masalarda sakinləri maraqlandıran, narahat edən suallara ekspertlər, yerli icra nümayəndələri və bələdiyyə üzvləri cavab verəcək. Dəyirmi Masalarda mövzu ilə bağlı bukletlər tədbir iştirakçılarna paylanacaq.Keçirilən hər bir tədbir qəzet və internet saytlarında ətraflı işıqlandırılacaq. Tədbirə, müvafiq dövlət idarələrinin mütəxəssisləri, ictimai fəallar və ətraf mühitlə məşğul olan ekspertlər dəvət olunacaq .

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir