Uzun müddət görünməyən Anar Məmmədov – keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu mayın 6-da insanlar arasına çıxıb. Bazar günü o, məşhur türk müğənni Alişanın toyunda şahid olub.
Maraqlıdır ki, nikah mərasimində əsas şahid dövlət başçısı Erdoğan idi.
Anar Məmmədovla Alişan arasında hansı əlaqələrin olduğu açıqlanmır, amma Ziya Məmmədov nazir vəzifəsindən kənarlaşdırıldıqdan sonra Anar Məmmədov Azərbaycanda biznesini məhdudlaşdırıb.
Bəzi məlumatlara görə, o, İzmir ərazisində bahalı daşınmaz əmlak alıb. Sonradan Məmmədovun ətrafındakılar bir sıra KİV-lərin onun Ege dənizində kiçik ada alması haqqında nəşrlərini təkzib edib.
Azərbaycanda Anar Məmmədovun adı tez-tez müxtəlif qalmaqallarda və məhkəmə proseslərində hallanırdı. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən kənarlaşdırıldıqdan sonra kiçik Məmmədovun rəhbərlik etdiyi ZQAN firması biznesinin böyük hissəsini bağlayıb.