Türkiyə Silahlı Qüvvələri Suriyanın Təl-Rifat rayonunda hərbi əməliyyatlara başlayacaq. Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ açıqlayıb.
B.Bozdağ qeyd edib ki, Təl-Rifat terrorçulardan tamamilə azad edildikdən sonra, Türkiyə ordusu şərq istiqamətində, silahlıların digər mövqelərinə hücum edəcək.
O vurğulayıb ki, “Zeytun budağı” əməliyyatı davam etdiriləcək.