Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi

turkiye-terror-300x190Türkiyə XİN-i Amerikada yaşayan və bu ölkəyə səfər etməyi planlaşdıran vətəndaşlarına ABŞ-da prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları ilə bağlı mümkün risklər barədə xəbərdarlıq edib.

Bu barədə Türkiyə XİN-in məlumatında bildirilir.

Məlumatda aksiyalar zamanı iğtişaşların, zorakılıq hallarının baş verdiyi qeyd olunub: “Etirazçılar vaxtaşırı polislə münaqişəyə girir, onlardan bir neçəsi saxlanılıb. Portlenddəki etiraz aksiyası polis tərəfindən qiyam kimi qiymətləndirilib. Həmçinin əcnəbilərə hücum halları qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.

Bununla bağlı Türkiyə XİN-i vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib, insidentlər zamanı hadisə barədə polis şöbəsini məlumatlandırmağa çağırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir