Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

3 hicab məhbusu azadlığa çıxıb

Hicab qadağasına “yox” dedikləri üçün 6 il əvvəl həbs edilənlərdən 3 nəfər bu gün, aprelin 5-i azadlığa çıxıb. Azadlığa buraxılanlar Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və İlham Hətəmovdur. Onlar cəzalarını çəkib bitiriblər.

Bu haqda AzadlıqRadiosuna azadlığa çıxanlardan Tərlan Ağadadaşov bildirib.

T.Agadadaşovun bildirdiyinə görə, onlarla birlikdə həbs edilənlərdən 3 nəfər hələ də cəza çəkir.

Onlar Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayevdir. Onların cəza müddəti 6 aydan sonra başa çatacaq.

2012-ci il oktyabrın 5-də orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə Bakıda etiraz aksiyası keçirilmişdi.

Həmin vaxt akasiya iştirakçılarından 30 nəfərin həbs edildiyi bildirilirdi. Onların işinə məhkəmədə bir neçə qrupda baxılmışdı.

2013-cü ildə məhkəmə prosesi yekunlaşmışdı. Həmin ilin aprel ayında Nərimanov rayon Məhkəməsi Tərlan Ağadadaşov, İlham Hətəmov və Rövşən Allahverdiyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm etmişdi.

Yuxarı məhkəmələr hökmü dəyişməmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir