Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə

Əfqan Muxtarlının səhhəti pisləşib

Həbsdəki jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bunu jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.

L.Mustafayeva deyib ki, Ə.Muxtarlı ürək və ciyər nahiyələrindəki kəskin ağrılardan əziyyət çəkir.

Vəkili Nemət Kərimli bildirib ki, Ə.Muxtarlının sağlıq durumu ilə bağlı gərəkli addımların atılması üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət göndərib.Vəkilinin dediyinə görə, tibbi müayinə zamanı Ə.Muxtarlının səhhətində problemlər müəyyən edilib:

“Ə.Muxtarlı rentgen müayinəsində keçib.

Həkiminin dediyinə görə, ciyərində ləkə var. Aprelin 5-də tibb idarəsinin rəhbərliyi ilə görüşdüm”, deyən vəkil onlardan Ə. Muxtarlının ixtisaslaşmış həkim müayinəsindən keçirilməsini xahiş edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir