Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Orta məktəblərdə yeni fənn tədris ediləcək – rəsmi izahat

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb:
“Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə fənn ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir