Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mehri Nəsibova: Tofiq Yaqublunun həbsi siyasi sifarişdir.

Müsahibimiz Avropada yaşayan siyasi fəal Mehri xanım Nəsibovadır.

Tofiq Yaqublunun həbsini necə qiymətləndirsiniz?

Tofiq bəy Azərbaycanda cəsarətli siyasi mövqeyinə və açıq tənqidi fikirlərinə görə seçilən şəxsidir. Ona qarşı son ondarma həbs həm ictimaiyyət tərəfindən, həmdə beynəlxalq təşkilatlar tərəfindən sərt qarşılandı. Elə bir beynəlxalq təşkilat olmadı ki, bu həbsə etiraz etməsin. Hətta Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. T.Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmunması ABŞ səfirliyinin rəsmi mövqeyi kimi qiymətləndirilmişdir. ABŞ səfirliyi Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun ışınə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırmışdır.  İstər beynəlxalq, istərsə yerli səviyyədə verilən reaksiyalar göstərdi ki, Tofiq Yaqublunun həbsi siyasi sifarişdir. Biz  inanırıq ki,  yaxın zamanlarda Tofiq bəy “azadlığa” çıxacaq. Çox təəssüf ki, Azərbaycanda siyasi sifarişli həbslər davam edir.  Azərbaycanda demokratik cəmiyyət qurulana qədər, oxşar problemlər davam edəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir