Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini Qabil Ələkbərov idarə etdiyi “Otoyol” markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir