“Azərbaycanda 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurum qeydiyyatdan keçib. Respublikada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.
Komitə sdəri oktyabrın 29-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitə sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrılmasından danışıb.
Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard-ın Azərbaycanda dini mühitdən razılıq etdiyi bildirilir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı qeyd edilir.