Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

“Seçkidə Saakaşvili tərəfdarları qalib gəldi” – “Vaşadze Azərbaycan üçün ideal variantdır”

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci turda iki əsas namizəd – Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, namizədlər birinci turu yalnız 1 faiz fərqlə başa vurublar. Belə ki, nəticələrə görə, S.Zurabişvili 615 403 səs (38,63%), Q.Vaşadze isə 601 175 səs (37,74%) əldə edib.
 
Bəs hansı namizədin qələbəsi daha real görünür?
 
Daha vacib sual isə hansı namizədin prezidentin seçilməsi Azərbaycan və azərbaycanlılar üçün daha yaxşı olar?
BakuPost-un əməkdaşı suallarla siyasi şərhçi Qabi Hüseynliyə müraciət edib. Politoloq əvvəlcə bildirib ki, seçkilər demokratik şəraitdə keçib. Onun sözlərinə görə, namizədlərə verilən səslər arasındakı cəmi 1 faizlik fərq xalqın böyük əksəriyyətinin Vaşadzeyə səs verdiyini göstərir: “Çünki “Gürcü arzusu” bloku, bütün inzibati resurslar, əsgərlər, polis işçiləri, dövlət idarəçiliyi orqanları Zurabaşvilinin qulluğunda dayanmışdı. Amma xalqın çoxu Mixail Saakaşvilinin partiyasından olan namizəd Vaşadzeyə səs verdi. 1 faizlik fərq o deməkdir ki,  xalqın böyük əksəriyyəti Vaşadzeni dəstəkləyir. Düşünürəm ki, bu, çox böyük əhəmiyyətə malikdir. İkinci turda Vaşadzenin imkanları daha da artır. Digər partiyalar da, namizədlər də səslərini Vaşadzeyə yönələ bilərlər. Üstəlik əgər Saakaşvili – deyilənə görə, yaxın ölkələrdən birindədir – Gürcüstana gələrsə, Gürcüstan sərhədlərindən içəri daxil olarsa, Gürcüstanda əhalinin Saakaşvilinin partiyasını müdafiə etməsi üçün yetərli ola bilər. Hətta Saakaşvili həbs edilsə belə, xalq yenə də onun partiyasının dəstəkləyəcək. Nəticə etibarı ilə ikinci turda Vaşadze ölkə prezidenti seçilə bilər”.
Картинки по запросу saakashvili
Q. Hüseynli Azərbaycan və azərbaycanlılar üçün Vaşadzenin ən ideal namizəd olduğunu düşünür: “Saakaşvili ilə Azərbaycan arasında vaxtilə xoş münasibətlər olub. Orada yaşayan azərbaycanlıların böyük hissəsi Saakaşvilinin partiyasına səs veriblər. Üstəlik “Gürcü arzusu” blokunun namizədi Zurabaşvili ermənipərəstdir və ermənilərlə yaxın dostluğu var. Ona görə də Vaşadzenin seçilməsi həm Azərbaycan üçün, həm də azərbaycanlılar üçün daha yaxşı olardı. Vaşadze bizim üçün ən ideal variantdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir