Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Azərbaycan və Hindistan əməkdaşlığı möhkəmləndirir

Azərbaycan və Hindistan müxtəlif istiqamətlərdə əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir. Bu barədə Azərbaycan və Hindistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Suşma Svarac bu gün Bakı görüşünün yekunlarına dair mətbuat konfransında bildiriblər.

Hindistanlı nazir turizm, təhsil, nəqliyyat, energetika və s. sahələrdə maraqlı olduqlarını bildirib.

Öz növbəsində E.Məmmədyarov deyib ki, Hindistan tərəfinin təklifi ilə mayda Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası keçiriləcək.

O bildirib ki, çərşənbə günü Azərbaycan və Hindistan hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün vizasız rejim haqqında saziş imzalanıb.

Bundan əlavə, ADA Universiteti və Hindistan XİN Xarici Xidmət İnstitutu arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir