Sahibkarlığın inkişafına hakimiyyətin korrupsiya maşını əngəl olur
Müsahibimiz kiçik sahibkar Xəyal Abbasov ölkədə kiçik sahibkarlığın inkişafına mane olan səbəblərdən danışdı
-Xəyal bəy, kiçik sahibkar kimi ölkədə bu növ fəaliyyətin durumunu necə görüsünüz? – Bilirsiniz, mən araşdırmaçı və ya peşəkar adam kimi danışa ilmərəm. Lakin apardığım müşahidələrdən və başıma gələnlərdən yola çıxaraq bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Ölkədə hər hansı bir fəaliyyətlə məşğul olmağa mane olan xeyli əngəllər var. Birincisi bəzi fəaliyyətlərlə məxsusi adamlar məşğul olur. Yəni, sən onların biznesinə girə bilməzsən. Eyni zamanda hər hansı kiçik bizneslə məşğul olarkən belə müxtəlif yoxlamalar, rüşvət tələbləri normal işləməyinə mane olur. Çünki, ölkədə ciddi bir korrupsiya şəbəkəsi var və biz hər addımda bu maşının məngənəsindən keçirik. Hal–hazırda kredit imkanları tükənib və ağır şətlər altında kreditlər verilir. Bütün bu deyilənlər onu göstərir ki, ölkədə normal sahibkarlıq və işgüzarlıq mühiti yoxdur.
-Xəyal bəy, Siz özünüz hansı sıxıntılarla üzləşirsiniz? – Mən demək olar ki, hər gün sıxıntılarla üzləşirəm. Mən mxtəlif işlərlə məşğul olmuşam. Xüsusi olaraq qeyd dim ki, 2016-cı ildə hökumət orqanlarının yersiz müdaxilələri, vergi yoxlaması, rüşvət tələbləri ucbatından min bir əziyyətlə qurduğum ag-lay seximi bağladım. Demə olar ki, həmin müəssisədən mənə heç bir xeyir qalmadı. 2017-ci ilin əvvəlində Sumqayıtın abadlaşdırılması ilə bağlı iş gördük. Pulumuz Zakir Fərəcov tərəfindən ödənilmir. Eyni zamanda mənə əsassız yerə vergi sanksiyaları tətbiq edilib. Şəxsi hesablarım bloklanıb. Bütün bunlar mənim kimi işgüzar insanı həvəsdən salır. Mənim kimilərinə baxan gənclər isə bu ölkədə işləmək istəmirlər. Həmişə dediyim kimi Azərbaycanda şikayət yeri yoxdu. Müstəqil məhkəmə yoxdur ki, orada hüquqlarını bərpa edəsən. Bu da o deməkdir ki, qanunların pozulması vəzifə sahibləri, yəni yüksək rütbəli məmurlar tərəfindən baş verir.