Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Siyəzəndə narkomaniya əleyhinə kampaniya

.

.

“Sağlam bədən, sağlam ruh, güclü dövlət” – devizi altında maarifləndirici tədbirlərin təşkili» adlı layihə çərçivəsində Siyəzən rayonunda ilk Dəyirmi Masa keçirilib.

«İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyi tərəfindən həyata keçrilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçrilir. Tədbiri layihə rəhbəri Teymur Nəsirov açaraq öncə layihənin məqsədləri haqqında məlumat verib. O, bildirib ki, narkomaniya bəlası bütün ölkəni ağuşuna alıb. Siyəzən rayonu da narkomaniyadan əziyyət çəkən əsas rayonlardan biridir. Məhz buna görə də sözügedən rayonda bu cür layihələrin həyata keçirilməsi vacibdir. Teymur Nəsirovun qeyd edib ki, paytaxt Bakıda gənclərin məlumat almaq üçün imkanları bölgələrdən daha çoxdur.

Daha sonra çıxış edən «İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyinin sədri Şaban Nəsirov isə bildirib ki, narkomaniya əslində Siyəzən rayonunun, Azərbaycanın deyil, bütünlükdə dünyanın ən ciddi bəlalarından birinə çevirilib və bu bəla zaman keçdikcə daha kütləvi xarakter alır. Nakomaniyanın ağır fəsadları ilə bağlı təbliğat işləri aparılsa da, bu narkomaniya istifadəçilərinin sayının ilbəil artdığını təsdiq edir.

Birlik sədri əldə etdiyi son statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatrdırıb. Bildirib ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

Şaban Nəsirov bu rəqəmlərin rəsmi statistik məlumatlar olduğunu qeyd edərək, vurğulayıb ki, bütün dünyada narkamanların sayının rəsmi rəqəmlərdən bir neçə dəfə artıq olduğu qəbul olunmuş tendensiyadır. Bu baxımdan da Azərbaycanda gerçək narkamanlarının sayının hazırda 100 min nəfərdən artıq olduğunu ehtimal etmək olar.

Daha sonra söz ekspert Mehman Muradlıya verilib. O da öz növbəsində narkomaniyaya qarşı mübarizədə hüququn oynadığı rol barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün bizim əlimizdə olan dəlillər və statiskalar hüququn tətbiqinin nəticəsidir.

Tədbirdə iştirak edən Siyəzən rayon icra hakimyyətinin nümayəndəsi Elvin Kərimov da öz növbəsində narkomaniyanın fəsadları və rayonda bu problemə qarşı aparılan mübarizədən söz açıb.

Bildirib ki, bu problem hər zaman Siyəzən rayon İcrah Hakimyyətinin başçısının diqqət mərkəzindədir. Narkomaniyaya qarşı müxtəlif maarifləndirici tədbirlərin həyata keçrilməsində yaxından iştirak edirik. Bu günkü tədbirdə buna əyani subut ola bilər.

Narkamaniyanın insan orqanizminə fəsadları barədə geniş müzakirələrdən sonra tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilib. “Narkamaniya gəncliyin və genofondun bəlasıdır” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

Sonda Şaban Nəsirov tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova təşəkkürünü bildirib. m

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir