Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“İngiltərənin getməsi dəyərləndiriləcək” –Merkel liderləri Berlinə çağırdı

merkel

İngiltərənin “Brexit” qərarı Avropa İttifaqına üzv ölkələri hərəkətə gətirib.

Məsələ ilə bağlı Almaniya kansleri Angela Merkel Avropa Şurasının sədri Donald Tusk, Fransa və italiya prezidentləri Fransua Olland və Matteo Renzi iyunun 27-də Berlində biraraya gələcəklər.

Məlumata görə, A.Merkel açıqlamasında məqsədlərinin İngiltərə ilə olan dostluqlarını davam etdirmək olduğunu bildirib: “60 il əvvələ aid  olan bir fikir hələ də davam etdirilir. Dünyanın sahib olduğu problemləri biz çox yaxından hiss edirik. Almaniya ittifaq üçün böyük səylər göstərib. Buna görə də Avropa Şurası sədrini, Fransa və İtaliya prezidentlərini bazar ertəsi Berlinə dəvət etdik. 28-29 iyunda Brüsseldə digər üzv ölkələrin rəhbərləri ilə görüşməyi planlayırıq. Aİ-nin müqaviləsi məlumdur və İngiltərənin ittifaqdan getməsi bu müqavilə əsasında dəyərləndiriləcək. Bizim məqsədimiz İngiltərə ilə əməkdaşlığı dostca davam etdirməkdir. Dolayısı ilə Almaniya vətəndaşlarının mənafelərini diqqətə almalıyıq”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir