Yayımına qadağa qoyulan ANS televiziyasının prezidenti Vahid Mustafayev telekanalın həyətində mühafizəçilərinin əhatəsində görünüb. ANS prezidentinə yaxınlaşan gununsesi.info-nun əməkdaşı ona baş verənlərlə bağlı sual edib. Olduqca gərgin vəziyyətində görünən Vahid Mustafayev şokda olduğunu deyib. “Özünüz, görürürsünüz, nə baş verir. Şokdayam. Söz tapmıram deməyə…”-deyən Vahid Mustafayev əməkdaşımızdan kənarlaşıb.
Fəaliyyəti dayandırılan ANS televiziyasının prezidenti Vahid Mustafayev və telekanalın vitse-prezidenti Mirşahin Ağayev bu dəqiqələrdə prokurorluğa aparılıb. Telekanal rəhbərliyi dindirilmək üçün polis və prokurorluq işçilərinin müşaiyyəti ilə avtomobilə mindirilərək, prokurorluğa aparılıb.
Məlumata görə, ANS-ə terrorçuluğun təbligi və dəstəyə görə, cinayət işi açılır.