Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“ Zahid Oruc ayrı şey dedi, ona görə də Oqtay Əsədov bu sözü ona deməyə məcbur oldu”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dünən parlamentdə spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında yaşanan qalmaqala münasibət bildirib.
Partiya sədri  spikerə haqq qazandıraraq keçmiş müavinini qınaıyb:
“Siz balkonda oturursunuz, jurnalistlərin oturduğu yerə nisbətən biz sədrə daha yaxın yerdə əyləşirik. Milli Məclisin daxili nizamnaməsinə əsasən sədr bu və ya digər çıxışlara müdaxilə edə bilər. Ona görə də Oqtay Əsədovun bəzi çıxışlara rəy bildirməsi, müdaxilə etməsi tamamilə qanunauyğun bir şeydir. Dünənki mübahisəyə də diqqətlə qulaq asdım. Hesab edirəm ki, Oqtay Əsədovun Zahid Oruca iradı tamamilə obyektiv idi. Zahid Oruc deyir ki, sərhəddə “Tax Free” ni tətbiq etməyək və fikrini də belə əsaslandırır ki, Avropa guya dağılır və s. Spikersə haqlı olaraq bildirdi ki, nəinki Avropa, dünyanın 131 ölkəsi bunu tətbiq edib, məgər dünya dağılıb? Əslində bunun tətbiqi turistlərin Azərbaycana gəlməsinə-getməsinə stimul verən bir şeydir. Tutaq ki, biz azərbaycanlılar da xaricə gedəndə orada istehlakımız üçün bir şey alırıqsa, qayıdanda sərhəddə “Tax Free”yə verib hava limanındaca pulumuzun müəyyən hissəsini geri alırıq, indi Azərbaycan da buna gedir. Zahid Oruc buna nə üçün aqressiv münasibət bəsləməlidir? Sözünü dedin, fikrini bildirdin, Oqtay Əsədov da çox mədəni şəkildə bildirdi ki, buna getmək olmaz. Bundan sonra Zahid Orucun ona bu cür aqressiv, bütün etik normalardan kənar münasibət bildirməsi yolverilməzdir. Zahid Oruc orada elə ifadələr işlətdi ki, həmin sözlərə görə Oqtay Əsədovun əsəbləşməsinə tamamilə haqq qazandırmamaq olmur. Elə ifadələr vardı ki, jurnalistlər eşitmədilər”.
“Axı onun nə dediyini də hamı eşitdi və Oqtay Əsədovun səviyəsiz deməsini də”.
F. Ağamalı bizimlə razılaşmadı:
“Axı Zahid Oruc ayrı şey dedi, ona görə də Oqtay Əsədov bu sözü ona deməyə məcbur oldu. Siz jurnalistlər bunu eşitmədiniz. Oqtay Əsədov hakimiyyətin ikinci qolunun rəhbəridir, vəzifə bölgüsü baxımından ölkədə üçüncü şəxsdir, Ona hörmət etmək həm də dövlətə hörmət etməkdir. Ona görə də mən Zahid Orucun dünənki hərəkətlərini qınayıram”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir